
Sabunçu rayonunda boşanmaq istəyən qadının bıçaqlanması ilə nəticələnən hadisə ilə bağlı yeni detallar açıqlanıb.
Qanuntv.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, hadisəni törətməkdə şübhəli bilinən şəxs qadının qayınatası deyil, həyat yoldaşı olub.
Belə ki, 1997-ci il təvəllüdlü D.Əsgərovaya kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən, 1990-cı il təvəllüdlü həyat yoldaşı N.Əsgərov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə Sabunçu rayonunun Qanbay Vəzirov küçəsində baş verib. Qadın çoxsaylı bıçaq xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə çatdırılıb və hazırda müalicəsi davam etdirilir. İlk yayılan məlumatlarda hadisənin qayınata tərəfindən törədildiyi iddia edilsə də, sonradan polis tərəfindən şübhəli şəxsin qadının həyat yoldaşı olduğu müəyyən edilib.





