
İrlandiyanın paytaxtı Dublində Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyası keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koştanın dəvəti ilə Zirvə Toplantısında iştirak etmək məqsədilə İrlandiyada səfərdədir.
Zirvə toplantısı çərçivəsində Avropa ölkələri arasında siyasi dialoqun genişləndirilməsi, regional və beynəlxalq məsələlər, eləcə də qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi nəzərdə tutulur.





