• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB [xfvalue_red]

13 Mrt, 25 - 18:25

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB

Martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Əvvəlcə xatirə fotosu çəkdirildi.

Dövlətimizin başçısı açılış mərasimində çıxış etdi:

-Xanımlar və cənablar!

Sabahınız xeyir, Bakıya xoş gəlmisiniz.

Mən bütün qonaqlarımızı illik Qlobal Bakı Forumunda salamlayıram. Əvvəlcə, mən bizimlə olduğunuza görə sizə təşəkkürümü bildirirəm. Mən, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm ki, bu illər ərzində çox əla işlər görmüşdür və belə bir mühüm beynəlxalq tədbiri təşkil edir.

Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib. Mən dünən İdarə Heyətinin üzvləri ilə görüşdüm.

Bu gün söyləmək istərdim ki, biz Mərkəzin bütün üzvlərinə, onun İdarə Heyətinə, həmsədrləri - xanım Vayra Vike Freyberqaya, cənab İsmayıl Serageldinə Mərkəzin həqiqətən böyük transformasiyasına verdikləri töhfəyə və dünya miqyaslı fəaliyyətinə görə minnətdarıq. Mən, həmçinin söyləmək istəyirəm ki, biz Beynəlxalq Mərkəzin üzvlərinin Azərbaycanda ötən ilin noyabrında keçirilmiş COP29 tədbirində fəal iştirakını görməkdən çox məmnun olduq. Mərkəzin bəzi üzvləri Məşvərət Komitəsində iştirak edirdilər. Mərkəz 16 panel müzakirəsi keçirdi. Əslində, onlara ev sahibliyi etdi, onları təşkil etdi və öz pavilyonu ilə daha çox panel müzakirələrdə iştirak etdi. Bir sözlə, həqiqətən, bu, COP29-un uğuruna böyük töhfə idi. Bu, ötən il Azərbaycanda əsas beynəlxalq tədbir idi.

Biz həqiqətən çox fərəhlənirik ki, təxminən 200 ölkənin yekdil qərarı ilə seçildik. Bu, bizə olan hörmətin, etimadın təzahürü, eləcə də yaşıl keçid üzrə fəaliyyətimizə verilən qiymət idi. Baxmayaraq ki, biz faydalı qazıntılarla zənginik, gündəliyimizdə bərpaolunan enerjiyə diqqət yetirilir. Bu gün artıq qərara alınıb ki, gələn illərdə Azərbaycanın bərpaolunan enerji imkanları faydalı qazıntıdan olan enerji istehsalına demək olar ki, bərabər olacaq. Bu gün Azərbaycanda yaradılmış enerji istehsalı imkanları 8 giqavatdır. 2030-cu ilə qədər bizim bərpaolunan enerjidən, əsasən günəş və küləkdən, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərdəki hidroresurslardan əlavə 6.5 giqavatlıq enerji güclərimiz olacaq. Beləliklə, biz bu günə olan potensialımızı demək olar ki, iki dəfə artıracağıq.

Bunun sayəsində biz nəinki neft və qazı, o cümlədən yaşıl enerjini də ixrac edə biləcəyik. Bu rəqəmlər tamamilə realdır. Onlar artıq imzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsaslanır.

Biz artıq həmin layihələrin icrasını görürük. Beləliklə, düşünürəm ki, Azərbaycanda COP29-u təşkil etmək qərarı Azərbaycanın öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşmasından irəli gəlir.

Bir daha qeyd etmək istəyirəm ki, ölkə enerji təchizatı baxımından qıtlıqla üzləşmir. Əksinə, bu gün Azərbaycan ondan artıq ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Onların 12-si Azərbaycandan təbii qaz alır. Bu 12 ölkədən 10-u Avropa ölkəsidir.

Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və əslində, onun möhkəmləndirilməsində həqiqətən böyük dəyişiklik yaradır. Buna yaşıl enerji mənbələrimizi, o cümlədən Azərbaycandan Avropaya gedən, qismən Qara dənizin dibi ilə çəkilən yeni enerji kabelini əlavə etsək, bu, məsuliyyətimizin digər təzahürü və bir çox ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimizin nümayişidir. Təkcə enerji sərvətlərinin olması kifayət deyil. Siz gərək qonşularınızla, onların qonşuları ilə yaxşı münasibətdə olasınız ki, enerji, təhlükəsizlik və bağlantı layihələrini icra edə biləsiniz.

Bağlantı məsələlərinə gəldikdə, mən demək istəyirəm ki, son geosiyasi dəyişikliklərdən irəli gələrək Azərbaycandan keçən yüklərin daşınması həcmi kəskin şəkildə artmışdır. Biz bunun üçün yaxşı hazırıq, çünki biz üzərimizə düşən işi artıq icra etmişik. İndi isə biz, sadəcə, dəniz limanı, dəmiryolu infrastrukturun buraxılış qabiliyyətini artırmalıyıq ki, son illər ərzində Azərbaycana istiqamətləndirilmiş bütün yükləri qəbul edə bilək. Beləliklə, əlbəttə ki, bölgəmizin - Cənubi Qafqaz bölgəsinin geosiyasi əhəmiyyəti artır və həmin bölgədə biz sülhün bərqərar olunması üçün hələ də çalışırıq.

COP-la bağlı əlavə daha nəyi deyə bilərəm? Birincisi, çox çətin idi, çünki biz tədbiri bir ildən az olan müddətdə təşkil etməli idik. Adətən, ölkələrə hazırlaşmağa iki il vaxt verilir. Bu, yekdil rəy əsasında uğurla həyata keçirildi.

İkincisi, biz nəticələrə nail olmalı idik. Burada, bizə şaxələndirilmiş xarici siyasətimiz kömək etdi. Dörd il ərzində 120 ölkəni birləşdirən təşkilatda - Qoşulmama Hərəkatında sədrlik etdik və fərqli durumda olan üzv dövlətlərə, o cümlədən COVID vaxtlarında 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı göstərməklə onlara fəal dəstək verdik. Eyni zamanda, biz Avropa tərəfdaşları ilə fəal əlaqədə olaraq Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü salan tərəf kimi öz rolumuzu gördük. Düşünürəm ki, biz uğur qazandıq, çünki COP29 zamanı bir sıra mühüm məsələlər üzərində razılığa gəlmək asan deyildi.

Əsas mərhələlərdən, nailiyyətlərdən biri 10 ildən artıq keçilməz nöqtə olan Paris Sazişinin 6-cı maddəsi üzərində konsensus idi. On ildən artıq idi ki, tərəflər razılığa gələ bilmirdi. Lakin biz burada konsensus əldə edə bildik və karbon bazarını işlək etdik. Bir sözlə, bu, prosesin gələcəkdə inkişafı üçün çox əhəmiyyətlidir. Digər mühüm nailiyyət ondan ibarət idi ki, Bakıda COP29-da biz bərpaolunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyardan 300 milyard dollara qədər artırılmasına nail olduq. Bəli, bilirik ki, bəzi ölkələr bundan tam razı qalmadı. Onlar daha böyük artım istəyirdilər. Lakin, düşünürəm ki, bizdə maliyyələşmənin üç dəfə artırılması lazımınca qiymətləndirilməlidir. Buna görə, Bakıdakı COP29 Bakı sıçrayışı adlandırıldı və bu, mühüm irsdir.

Deməliyəm, əfsuslar olsun ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniya ilə müşayiət olundu. Prezident Tramp onları yalan, saxta xəbər adlandırır və onunla tam razıyam. Bu, Azərbaycanı gözdən salmaq, bizi qaralamaq, şayiələr və müxtəlif dezinformasiya yaymaq kampaniyası idi. Bizi ittiham edirdilər ki, neft və qaz hasil edən ölkəyik. Lakin bizdən əvvəl bir sıra ölkələr, o cümlədən Avropada nefti və qazı olan ölkələr var idi. Azərbaycanın neft hasilatı, məsələn, Kanadanın hasilatından on dəfə azdır. Bizim qlobal qaz emissiyalarında payımız cəmi 0,1 faizdir. Biz isə qlobal qaz emissiyalarına ən böyük töhfə verənləri bilirik. Amma bununla belə, dövri əsaslarla bəzən gün ərzində ondan artıq məqalə Azərbaycanın bir neft dövləti kimi təsvir edilməsinə yönəlirdi. Yəni deyirdilər, bir ölkə kimi biz qlobal, beynəlxalq tədbirin keçirilməsinə layiq deyilik. Bütün bunlar bir neçə mərkəzdən, əslində ikisindən qaynaqlanırdı. Onlardan biri - ABŞ-nin Dövlət Departamenti idi. “Vaşinqton Post”, “Nyu York Tayms”, “Politco”, “Newsveek” və “Assoşieyted Press” kimi yalan xəbər mənbələri, sadəcə, ABŞ Dövlət Departamentinin təlimatlarını icra edirdilər.

İkinci mənbə isə Fransa prezidentinin ofisi, cənab Makron, onların “Le Monde”, “Fiqaro” və digər bu kimi saxta xəbər mətbuatı idi. Bir sözlə, bu, COP29-un boykot edilməsinə yönəlmiş qarayaxma və böhtanın əlaqələndirilmiş kampaniyası idi.

Bunun da müxtəlif səbəbləri ola bilər. Lakin onlardan biri ondan ibarətdir ki, onlar bizə öz iradəsini yeridə bilmədilər. Onlar suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpasına yönəlmiş siyasətimizi dəyişə bilmədilər. Onlar o faktla razılaşa bilmirdilər ki, burada, Qafqazda öz milli maraqlarını güdən ölkə, yəni böyük bosslar qarşısında hər zaman “bəli, cənab” deməyən ölkə var. Əfsuslar olsun ki, Fransa hökuməti hətta COP29-u boykot etmək üçün bir çox ölkələri təhrik edərək, daha uzağa getdi. COP29-da iştirak etmiş dünya liderlərindən etibarlı informasiyamız var və onlar bizə bu haqda məlumat verdilər. Hətta gəlməyən rəhbərlər mesaj göndərdilər ki, şəxsən Fransa prezidenti COP29-a qarşı kampaniya aparırdı.

Bu, elə bir siyasətdir ki, heç bir kəsə başucalığı gətirmir. Buna baxmayaraq, böyük tərkibdə iştirak oldu. Qeydiyyata alınmış 77 min iştirakçı oldu. Onların sırasında 197 ölkədən təmsilçilər, 70 dövlət və hökumət başçısı var idi. COP29-u boykot edən yeganə ölkə Ermənistan idi.

Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini, o cümlədən Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri yaddan çıxara bilmərik və çıxarmayacağıq. Azad olunmuş ərazilərə səfər edənlər barbarlıq səviyyəsini görə bilər. Bütün şəhərlərimiz xarablığa çevrilib. İndi isə biz onları yenidən tikirik. Hər bir şey yerlə-yeksan olunubdur və bu, kəndlərimizə, şəhərlərimizə qarşı bilərəkdən urbisid idi, dinimizə və tarixi irsimizə qarşı bilərəkdən zərbə idi. 65 məscid dağıdılıb və nəinki azərbaycanlıların, o cümlədən bütün dünya müsəlmanlarının hisslərini təhqir etmək üçün orada donuz və mal saxlayıblar. Biz bunu yaddan çıxarmayacağıq.

Biz 613 insanın, onlardan 60-dan çox uşağın və 100-dən artıq qadının ermənilər tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımını yaddan çıxarmayacağıq. Lakin, eyni zamanda, biz gələcəyə nəzər salmalıyıq. Biz Cənubi Qafqazda sülhə nail olmalıyıq. Bu baxımdan, Azərbaycan sülh prosesinin təşəbbüskarı olub. Əslində Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir. Bəndlərin əksər hissəsi razılaşdırılıbdır.

Mübarizəmiz ədalət, beynəlxalq hüquq və ləyaqətimiz üçün mübarizə idi. BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdik. Əgər torpağımızı güclə azad etməsəydik, onlar növbəti 27 il də kağız üzərində qalardı. Burada biz mühüm meyara gəlib çıxırıq ki, bəzən sülhə nail olmaq və ədaləti bərpa etmək üçün siz gücdən istifadə etməlisiniz. Bu gün biz bunu görürük. Görürük ki, Avropa, Avropa İttifaqı güclü hərbi potensial qurmaq üçün bu gün öz siyasətini necə dəyişməyə çalışır. Görürük ki, digər ölkələr öz resurslarını hərbi potensialına və infrastrukturunun qurulmasına yönəldir. Biz bunu ən azı 20 ilə etdik, 2005-ci ildən etibarən etdik və ərazimizi azad edən, separatçılığa, separatçılara son qoyan güclü ordu yaratdıq. Bir sözlə, bu gün ərazi bütövlüyü və suverenliyin tam bərpası nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən beynəlxalq ədaləti nümayiş etdirir. Eyni zamanda, əlbəttə, artıq qeyd etdiyim kimi, bizim yaddaşımız yaxşıdır. Hamımız xatırlayırıq ki, İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanın cari hökuməti özünü necə aparırdı. Hamımız “Qarabağ Ermənistandır” söyləyən Ermənistan rəhbərinin bəyanatlarını xatırlayırıq. Bu, Xankəndidə deyilmişdir. Hamımız işğal olunmuş Şuşa şəhərində onun davranışını xatırlayırıq. Bunu internetdə tapa bilərsiniz. Çox maraqlı videodur.

Bu gün bəzi Avropa bürokratları Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışırlar. Lakin onlar həmin hökumətin keçmişdə nəyi etdiyini yaddan çıxarırlar. Onlar yaddan çıxarırlar ki, İkinci Qarabağ müharibəsində Ermənilər bizim şəhərlərimizi, kəndlərimizi atəşə tuturdu. Yüzdən artıq vətəndaşımızı həmin raketlərə, ixracı qadağan olunmuş “İsgəndər M” raketinə görə itirdik. Biz hələ də suala cavab almamışıq: Ermənistan ordusu “İsgəndər M” raketini necə əldə edib? Çünki Rusiyada bu raketin ixracı yasaqdır. İnanmayanlar isə,- buradan cəmi 5-10 dəqiqəlik yoldur,- getsinlər Hərbi Qənimətlər Parkına və Şuşada tapdığımız “İsgəndər M” raketini görsünlər. Biz onu artıq 2021-ci ilin yazında tapdıq, çünki o, qarın altında qalmışdı. Biz Şuşanı azad etdiyimiz zaman o, şəhərə atılmışdı.

Bu, Ermənistanın baş nazirinin əmri ilə edilmişdi. Gəncə, Tərtər, Bərdə, Mingəçevir, Ağcabədi və bir çox digər şəhərlər dövri olaraq Ermənistanın atəşinə tutulurdu. Biz isə bunu etmədik. Biz Ermənistan ordusuna, işğalçı Ermənistanın ordusuna qarşı mübarizə aparırdıq. Onlar isə mülki şəxslərlə mübarizə aparırdı. Fərq bundadır. Bu, Birinci Qarabağ müharibəsində də eyni idi. Onlar bir növ bufer zonası yaratmışdılar. Belə adlandırırdılar. Əslində isə bu, işğal olunmuş ərazilər idi. Onlar yüz minlərlə azərbaycanlını qovdular və etnik təmizləmə apardılar. Biz bunu heç vaxt yaddan çıxarmayacağıq. Sizə bir məsələni də deyə bilərəm ki, Ermənistana etimad səviyyəsi sıfıra bərabərdir. Beləliklə, biz onların hər hansı bir sözünə inanmırıq.

Çünki onlar elə insan deyillər ki, biz inana bilək, o cümlədən onların indiki hökuməti. Bir daha bütün bunlar göstərir ki, onların dediyi bizim üçün sıfır məna kəsb edir. Bizə sənədlər, yazılı kağızlar lazımdır. Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bizə lazımdır ki, ATƏT-in Minsk qrupu buraxılsın. Biz bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk qrupunun saxlanılmasında məntiq yoxdur. O, Qarabağ məsələsinin həlli üçün yaradılmışdı. İndi Qarabağ məsələsi həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. ATƏT-in həmin qrupunun buraxılması üçün ümumi müraciətdə siz bizə niyə qoşulmursunuz? Onlar istəmirlər. Belə çıxır ki, onlar bir ayağını ərazimizdə yer saxlamaq üçün edir. Əlbəttə ki, virtual olaraq. Onların silahlanması – bu, nəyi göstərir?

Bu, göstərir ki, onlar yeni müharibəyə hazırlaşırlar. Kim onları yenidən müharibəyə sürükləyir? Fransa və onun Prezidenti. Onların Ermənistanı təchiz etdiyi məhvedici silahlar bizə qarşı yönəlir. Bu gün başqa yerdə lazım ola biləcək “Sezar” haubitsaları Ermənistana göndərilir. Əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitorinq missiyası gecə-gündüz casus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan, bir yerdən girə bilsinlər. Bizim də həmin dırnaqarası monitorinq missiyası barədə kifayət qədər kəşfiyyat məlumatımız var. Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir. Bəli, onlar deyir ki, bu pul qeyri-məhvedici hərbi qurğular üçündür.

Birincisi, bunu kim yoxlaya bilər? İkincisi, siz onlara 10 milyon verirsiniz və sonra isə digər 10 milyon planlaşdırılır. Beləliklə, Ermənistana silah almaq üçün pula qənaət imkanı yaranır. Nəinki Fransa onlara məhvedici silahlar göndərir. Onda, onlar bunu niyə edir? Onlar nəyə hazırlaşır? Əgər sülh istəyirlərsə, buna ehtiyac yoxdur. Dəfələrlə biz bu məsələni erməni nümayəndələrinin və onların Brüsseldəki yeni ağalarının qarşısında qaldırmışıq. Çünki onlar indi böyük qardaşını dəyişiblər. Bu gün bu, Brüsseldir. Prezident Trampın qələbəsinə qədər bu, Dövlət Departamenti, USAID idi. Məhz indi ciddi problemlərlə üzləşən Menendes kimi rüşvətxor Amerika siyasətçiləri idi. Menendes siyahıda hələ sonuncu deyil. Necə deyərlər, bir qaranquşla bahar olmur. Xeyli digərləri var ki, erməni pulunu ciblərinə qoyurlar. Mən onların adını çəkə bilərəm, adları məlumdur: cənab Adam Şif, cənab Frenk Pallone və bir çox digərləri var. Onlar onilliklər ərzində Azərbaycana hücum çəkmək və onu gözdən salmaq üçün Birləşmiş Ştatlarda erməni diaspor təşkilatlarından pullar alıblar. Beləliklə, biz Prezident Trampa bataqlığın qurudulmasında uğurlar arzu edirik. Bu, asan deyil. Lakin edilməlidir. Həmçinin, biz USAID-in Azərbaycanda qeyri-qanuni fəaliyyəti ilə bağlı Amerikanın orqanları ilə məlumat mübadiləsinə hazırıq. Onlar insanlara necə rüşvət verirdilər?! Onlar qeyri-qanuni maliyyə kanallarından necə istifadə edirdilər?! Onlar Azərbaycanın qanunlarını və normalarını necə pozurdular?! İndi məsuliyyətli olmaq vaxtı yetişib. Biz əlimizdə olan bütün informasiyanı təqdim etməyə hazırıq.

Birmənalı olaraq Forumda yeni geosiyasi vəziyyət müzakirə olunacaqdır. Siz, yəqin, mənim şərhlərimdən təsəvvür edirsiniz ki, biz hazırda Amerikada nə baş verirsə, ona çox böyük maraq göstəririk. Nəyə görə? Səbəb çox sadədir. Çünki cənab Antoni Blinkenin Azərbaycana aid siyasəti, əslində, 30 il qurduğumuz ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi. Biz hər zaman ABŞ-ın çox etibarlı, yaxın tərəfdaşı olmuşuq. Biz onlara lazım olanda onlarla idik. Biz onlara İraqda lazım olanda, qoşunla onlarla idik. Biz onlara Əfqanıstanda lazım olanda, 2001-ci ildə Əfqanıstanda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələrindən idik və oradan sonuncu çıxdıq. Lakin biz çıxandan sonra onlar bizə sanksiya tətbiq etdilər. Xatırlayıram ki, bu, Azərbaycanda böyük məyusluq yaratdı. Mən onların bəzi nümayəndələrinə söylədim ki, biz sizə necə inana bilərik? Biz sizə lazım olanda sanksiyanı dayandırırsınız. Biz sizə artıq lazım olmayanda, sanksiyanı yenidən tətbiq edirsiniz. Onda, uzunmüddətli münasibətləri sizinlə necə qura bilərik? Beləliklə, çox maraqla baxırıq. Birincisi, ona görə ki, biz Azərbaycanda Dövlət Departamentinin bütün səylərinə baxmayaraq, ABŞ-Azərbaycan münasibətlərini uçurumdan tam xilas etdik. İkincisi, ümid edirik ki, yeni Administasiya ilə Cənubi Qafqaz, sülh, təhlükəsizlik, antiterror əməliyyatları, regionumuzun müasir inkişafı üçün hər zaman vacib olmuş güclü tərəfdaşlığımızı yenidən quracağıq.

Birmənalı olaraq, bu gün Forumda bütün natiqləri dinləmək çox maraqlı olacaq. Həmişə olduğu kimi, əminəm ki, Forum və onun üzvləri xüsusən də indi, kəskin geosiyasi dəyişikliklərdən sonra keçirilən tədbirdə ideya və yanaşmalar irəli sürəcəklər.

Bir daha bizimlə olduğunuza görə təşəkkür edirik. Dəvətimizi qəbul etdiyinizə görə minnətdarıq və Foruma uğurlar arzu edirəm.

***

Bakıda, “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxış edib.

***

Bakıda, “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.

Qeyd edək ki, forum martın 15-dək davam edəcək.
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır
backend
XI Qlobal Bakı Forumu işə başlayıb, İlham Əliyev tədbirdə iştirak edir
backend
İlham Əliyev açılış mərasimində çıxış edir
backend
Bakı Forumu başladı: Prezident çıxış edir - Canlı
backend
İlham Əliyev onları qəbul etdi
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 064

XƏBƏR LENTİ

Emin Ağalarov: "Sea Breeze"də yay boyunca hər gün tədbirlərin keçirilməsi planlaşdırılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4222 Tem
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:3222 Tem
Prezident İlham Əliyevin Almaniyaya səfəri Bakı-Berlin münasibətlərində yeni strateji mərhələnin əsasını qoyur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:2522 Tem
İlham Əliyev və Fridrix Merts Berlində mətbuata birgə bəyanatlarla çıxış ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:0922 Tem
İlham Əliyev Berlində Almaniya Kansleri Fridrix Mertslə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:0622 Tem
Almaniya Kansleri: "Azərbaycan bizim üçün mühüm tərəfdaşdır" [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:4622 Tem
Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq və İşgüzar Şura əməkdaşlığa yeni imkanlar açır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:4122 Tem
Kanadada yaşayan azərbaycanlı gənc faciəvi şəkildə vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:5421 Tem
Çində toy şənliyi faciə ilə nəticələndi: Gəlinin rəfiqəsi əlil qaldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:4521 Tem
İranda ABŞ bazalarına endirilən zərbələrdə yaralanan amerikalı hərbçilərin sayı 100-ə çatdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:3421 Tem
Nəcəf həkim – Sağlam təbəssümlərin etibarlı ünvanı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5921 Tem
Valideynlərin etimadını qazanan rəhbər – Qocayeva Svetlananın fəaliyyəti nümunə kimi qiymətləndirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5221 Tem
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4621 Tem
Prezident İlham Əliyev Almaniyaya rəsmi səfərə yola düşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0621 Tem
Yeni təmayül tədris modeli genişlənir: Repetitorlara ehtiyac azalacaq? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3921 Tem
DİN və MEDİA-dan özəlləşdirmə çekləri ilə bağlı saxta məlumatlara XƏBƏRDARLIQ [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2121 Tem
Hacı Əliyev: "Güləşçilər verilən tapşırıqları layiqincə yerinə yetiriblər" [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1121 Tem
Bakının bu küçəsində yol çökdü – Tıxac yarandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:1920 Tem
Prezident dövlət satınalmaları haqqında qanunda dəyişiklikləri təsdiqlədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:1220 Tem
İlham Əliyev 2026–2030-cu illər üçün Məşğulluq Strategiyasının Tədbirlər Planını təsdiqləyib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:0520 Tem
İlham Əliyev İspaniya Kralını dünya çempionluğu münasibətilə təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:0020 Tem
Hacıqabulda üç qurum birləşdirildi, yeni MMC yaradıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:5620 Tem
İspaniya kral ailəsi dünya çempionlarını təbrik etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:4620 Tem
Messi göz yaşlarına hakim ola bilmədi – Dünya çempionatının finalı argentinalı ulduz üçün böyük məyusluqla başa çatdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:2720 Tem
DÇ-2026 finalı 80 mindən çox azarkeş tutumuna malik "MetLife" stadionunda keçiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1420 Tem
DÇ-2026 finalı 80 mindən çox azarkeş tutumuna malik "MetLife" stadionunda keçiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1220 Tem
Məmmədov Məmməd Sabit oğlu – peşəkarlığı və nümunəvi fəaliyyəti ilə seçilən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5120 Tem
Gəncə şəhərində valideynlərin rəğbətini qazanan Gülnarə Məmmədova [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3020 Tem
Naxçıvanda ağır yol qəzası: 16 yaşlı yeniyetmə həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:2719 Tem
BDU-nun professoru Əmrah Dadaşov vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:0619 Tem
Ağdam-Füzuli yolu yaxınlığında minalanmış ərazidə yanğın baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0319 Tem
ASCO-da yeni təyinat: Məhəmməd Topalov departament rəisi oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5819 Tem
"Azərsilah"ın poliqonunda sınaqlar zamanı yanğın baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4919 Tem
Maykl Olise DÇ-2026-da Pelenin rekordunu yenilədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1619 Tem
Rusiya Kiyevə gecə hücumu etdi: ölən və yaralananlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1419 Tem
ABŞ xarici terrorçuların deportasiyası üçün ilk dəfə xüsusi məhkəmə mexanizmini işə saldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3319 Tem
Ehtiyatda olan polkovnik Səttar Manafov vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2519 Tem
Azərbaycan Ordusu ilə bağlı yayılan video saxtadır – Köhnə görüntülər yanlış təqdim edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0619 Tem
Çexiyada iki avtobus toqquşdu: 30-dan çox yaralı var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4018 Tem
Bakıda tapılan azyaşlı bacı-qardaşla bağlı rəsmi açıqlama verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:3518 Tem
Zərdabda ağır yol qəzası: Dörd nəfər xəsarət aldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:2718 Tem
"Qarabağ" – "ÇSKA Sofiya" oyununun biletləri satışa çıxarıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:0118 Tem
Leyla Əliyeva Budapeştdə Azərbaycan xalçalarına həsr olunmuş sərginin açılışında iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1718 Tem
Somali sahillərində tanker dəniz quldurlarının hücumuna məruz qalıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1018 Tem
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə