
Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə oktyabrın 23-də Pirəkəşkül qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.





