
Cəbrayıl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə zamanı Elşən Zaur oğlu Rüstəmovun idarə etdiyi “Kia” markalı avtomobil yoldan çıxaraq aşıb.
İlkin məlumata görə, sürücü hərəkətdə olarkən avtomobilin idarəetməsini itirib. Qəza nəticəsində Elşən Rüstəmov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri araşdırma nəticəsində müəyyənləşdiriləcək.





