
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun növbəti dəfə bu vəzifəyə seçilməsini dəstəklədiyini açıqlayıb.
Qanuntv.az xəbər verir ki, Tramp Netanyahuya dəstəyini ifadə edərək onu İranla mübarizədə güclü tərəfdaş və “böyük döyüşçü baş nazir” adlandırıb.
ABŞ Prezidenti İsrailin baş nazirinin müxtəlif təzyiqlərə baxmayaraq mövqeyini qoruduğunu vurğulayıb. O, Netanyahunun yenidən seçilməsi uğrunda mübarizəsinə tam dəstək verdiyini bildirib.
Trampın bu açıqlaması İsrailin siyasi gündəmində və iki ölkə arasındakı münasibətlər kontekstində diqqət çəkib.





