
Rusiya Silahlı Qüvvələrinin “Mərkəz” qoşun qruplaşması Ukraynanın Donetsk vilayətində yerləşən Dobropolye şəhərini nəzarətə götürüb.
Qanuntv.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinin iştirakı ilə keçirilən müşavirədə məlumat verib.
Gerasimovun sözlərinə görə, sentyabrın 1-dən etibarən Rusiya ordusu Ukraynada 92 yaşayış məntəqəsinə və 1,8 min kvadrat kilometrdən çox əraziyə nəzarəti ələ keçirib.
Baş Qərargah rəisi qeyd edib ki, həmin dövrdə Donetsk vilayətində 23 yaşayış məntəqəsi və təxminən 500 kvadrat kilometr ərazi Rusiya qüvvələrinin nəzarətinə keçib.
Qeyd edək ki, bu məlumatlar Rusiya tərəfinin açıqlamasına əsaslanır.





