
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Ukraynada müharibədən zərər çəkmiş uşaqların Azərbaycanda təşkil olunan reabilitasiya proqramı çərçivəsində keçirilən gəzintisində iştirak edib.
Qanuntv.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən ukraynalı uşaqlar üçün xüsusi reabilitasiya tədbirləri həyata keçirilib.
Proqram çərçivəsində uşaqların Azərbaycanla daha yaxından tanış olmaları, mədəni və tarixi irsimiz haqqında məlumat əldə etmələri məqsədilə İçərişəhərə gəzinti təşkil olunub. Azərbaycan Milli Xalça Muzeyində isə uşaqlar üçün ekskursiya və müxtəlif ustad dərsləri keçirilib.
Alyona Əliyeva ukraynalı uşaqlarla vaxt keçirib, onların gəzintisinə qatılıb. O, bununla bağlı “Instagram” hesabında paylaşım edib.
Həmin paylaşımı təqdim edirik.












