
Bakı, Qanuntv.az — Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında görüş keçirilir.
Qanuntv.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün Bişkekdə yerləşən “İrıs Ordo” Konqres Mərkəzinə gəlib.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi, eləcə də tədbirdə iştirak edən digər dövlət və hökumət başçılarını salamlayıb.
Daha sonra “ŞƏT plyus” formatında görüşün iştirakçıları birgə foto çəkdiriblər.
Tədbirin davamında Prezident İlham Əliyev çıxış edib.
Görüş çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatına üzv və tərəfdaş ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Qeyd: Azərbaycan “ŞƏT plyus” formatında keçirilən tədbirlərdə fəal iştirak edən tərəfdaş ölkələrdən biridir.







