
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən VI Dünya Köçəri Oyunlarının açılış mərasimində bir sıra dövlət və hökumət başçıları ilə ayaqüstü görüşlər keçirib.
QanunTV.az xəbər verir ki, tədbir çərçivəsində Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti İmaməli Rəhman və digər liderlərlə səmimi söhbətlər edib.
Azərbaycan lideri, həmçinin BMT-nin Baş katibi Antonio Quterreşlə də ayaqüstü söhbətləşib.
Qeyd edək ki, VI Dünya Köçəri Oyunlarının açılış mərasimi avqustun 31-də Bişkekdə keçirilir. Tədbirdə Prezident İlham Əliyevlə yanaşı, birinci xanım Mehriban Əliyeva da iştirak edir.











