SON DƏQİQƏ
Qanuntv.az » Gündəm » Türkiyəli iş adamı Murat Ülker Bakıda – “Azersun Holding”də mühüm görüşlər keçirilib
Gündəm / İdman

Türkiyəli iş adamı Murat Ülker Bakıda – “Azersun Holding”də mühüm görüşlər keçirilib

Bugün, 12:38 0









Türkiyənin tanınmış iş adamı, biznes və sənaye sahəsində nüfuzlu simalardan biri olan Murat Ülker Bakıya səfəri çərçivəsində “Azersun Holding”in qonağı olub.


İki gün davam edən səfər zamanı Murat Ülker ilə “Azersun Holding”in baş icraçı direktoru Savaş Uzan və şirkətin rəhbər heyəti arasında bir sıra görüşlər keçirilib. Görüşlərdə tərəflər arasında mövcud əməkdaşlığın nəticələri ətraflı dəyərləndirilib, qarşılıqlı tərəfdaşlığın daha da genişləndirilməsi imkanları, gələcək inkişaf perspektivləri və qarşıdakı dövr üçün strateji hədəflər müzakirə olunub.


Səfər çərçivəsində qonaq üçün bazar ziyarəti də təşkil edilib. Ziyarət zamanı Murat Ülker Azərbaycanın pərakəndə satış sektorundakı mövcud vəziyyət, istehlak bazarının xüsusiyyətləri və “Ülker” markasının ölkəmizdəki təmsilçiliyi ilə yaxından tanış olub.


Keçirilən görüşlərdə uzunmüddətli, etibarlı və qarşılıqlı maraqlara əsaslanan işgüzar münasibətlərin əhəmiyyəti xüsusi vurğulanıb. Tərəflər indiyədək əldə olunan əməkdaşlıq nəticələrinin gələcək fəaliyyət üçün mühüm zəmin yaratdığını qeyd edərək, mövcud əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.


Qeyd edək ki, “Azersun Holding” ilə “Ülker” markası arasında əməkdaşlıq 2019-cu ildən etibarən davam edir. “Ülker” markasının Azərbaycandakı rəsmi distribütoru olan “Azersun Holding” geniş çeşiddə məhsulların ölkə ərazisində distribüsiyasını, satış şəbəkələrinə çatdırılmasını və istehlakçılara təqdim olunmasını təmin edir.


Bu səfər Azərbaycan və Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin, eləcə də özəl sektor nümayəndələri arasında formalaşmış səmərəli tərəfdaşlığın inkişafı baxımından diqqətəlayiq hadisə kimi qiymətləndirilə bilər.

Oxşar xəbərlər