
Qarabağ Universitetinin iki tələbəsi arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib.
Məlumata görə, hadisə universitetin Biznes və iqtisadiyyat fakültəsinin II kurs tələbələri arasında yaşanıb.
İddia olunur ki, Təbriz Muradov (adlar şərtidir) tələbə yoldaşı Sadiqin Sevda adlı qızla yaxın münasibət qurmasına etiraz edib. Bu səbəbdən o, Sadiqi söhbətə çağıraraq onun sifətinə yumruq vurub.
Bundan sonra tərəflər arasında qarşıdurma bitməyib. Onlar daha sonra Xankəndi şəhərində yerləşən restoranlardan birində yenidən mübahisə ediblər.
Faktla bağlı aparılan məhkəmə araşdırmasının nəticəsində Təbriz Muradov döymə və xırda xuliqanlıq əməllərində təqsirli bilinib. Məhkəmənin qərarı ilə o, 350 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, hadisədə adı çəkilən şəxslərin adları şərti göstərilib.





