
Qazax rayonunda dəm qazından zəhərlənmə ölümlə nəticələnib.
Hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Vüqar Qulu oğlu Məmmədov dəm qazından zəhərlənərək həyatını itirib. Mərhumun ehtiyatda olan zabit olduğu bildirilir.
Onun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.
Allah rəhmət eləsin!





