
Azərbaycanda məktəblinin vəfat etməsi ilə bağlı kədərli hadisə baş verib.
5-ci sinif şagirdi Emilya dünyasını dəyişib.
Məlumata görə, Emilya Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi olub.
Məktəblinin hansı səbəbdən vəfat etdiyi hələlik açıqlanmayıb.
Azyaşlı şagirdin vaxtsız vəfatı yaxınları, müəllimləri və məktəb ictimaiyyəti arasında dərin üzüntü doğurub.
Hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcəyi gözlənilir.





