
Gədəbəy rayonunda azyaşlı uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Qadağ kəndində qeydə alınıb. Məlumata görə, 2020-ci il təvəllüdlü S.Həsənovanı avtomobil vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan uşaq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qanun TV.az





