
Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
QanunTV.az xəbər verir ki, hadisə axşam saatlarında Salyan–Şirvan avtomobil yolunun rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini, 1937-ci il təvəllüdlü Allahverən Əliyev yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub.
Ağır xəsarətlər alan piyada hadisə yerində həyatını itirib.
Məlumata görə, mərhum Şirvan şəhərindən məhkəmədən qayıdırmış.
Faktla bağlı araşdırma aparılır.





