
Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
QanunTV.az xəbər verir ki, hadisə ötən gün günorta saatlarında Binəqədi qəsəbəsinin Həmzə Babaşov küçəsində qeydə alınıb.
Məlumata görə, qardaş bacısına bıçaqla xəsarətlər yetirib. Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.





