
Jurnalist, yazıçı və şair-publisist İlhamə Məhəmmədqızı (Məmmədova) bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
QanunTV.az xəbər verir ki, İlhamə Məhəmmədqızı yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb.
Hadisə nəticəsində ağır xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib. Onun səhhəti ilə bağlı əlavə məlumat verilməyib.
Qeyd edək ki, İlhamə Məhəmmədqızı Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
QanunTV.az olaraq həmkarımıza şəfa diləyir, tezliklə sağlamlığına qovuşmasını arzulayırıq.





