
Rusiyanın Dağıstan Respublikasında tanınmış samboçu Məhəmməd Davudov güllələnərək öldürülüb. Hadisə ilə bağlı şübhəli şəxs saxlanılıb.
Qanuntv.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, idmançının Mahaçqalada yerləşən ziyafət zalının ərazisində qətlə yetirilməsində şübhəli bilinən 23 yaşlı şəhər sakini saxlanılıb.
İlkin məlumata əsasən, tərəflər arasında yaranan mübahisə silahlı insidentlə nəticələnib. Atışma zamanı Məhəmməd Davudov aldığı güllə yaralarından həyatını itirib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.





