
Gədəbəydə 17 yaşlı nişanlı qızın evlənmək məqsədilə qaçırılması ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Qanuntv.az xəbər verir ki, hadisə ilə əlaqədar 32 yaşlı Emin, onun qardaşı və anası məhkəmə qarşısına çıxarılıblar.
İttihama görə, təqsirləndirilən şəxslər 17 yaşlı qızı zorla avtomobilə mindirərək Gədəbəy rayonundan Tovuz rayonuna aparıblar. Qızın anasının polisə müraciət etməsindən sonra Ayşən (şərti ad) ailəsinə qaytarılıb.
Məhkəmə prosesində təqsirləndirilən şəxslər əməllərini etiraf ediblər. Onlar adam oğurluğunda təqsirli biliniblər.
Məhkəmənin hökmü ilə Emin 2 il, qardaşı isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslərin anasına isə 10 il müddətinə şərti cəza təyin olunub.
Beləliklə, 17 yaşlı qızın zorla aparılması ilə bağlı cinayət işi üzrə məhkəmə hökmü açıqlanıb.





