
Mingəçevir şəhərində 35 yaşlı şəxs döyülərək qətlə yetirilib.
Hadisə şəhər ərazisində yerləşən kafelərdən birinin qarşısında baş verib. Ağır xəsarətlər alan şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, qətlə yetirilən şəxsin adı Turaldır. Hadisənin tərəflər arasında yaranan mübahisə nəticəsində baş verdiyi bildirilir. İddialara görə, mübahisəyə səbəb şəxsi münasibətlər olub.
Hadisəni törətməkdə şübhəli bilinən 51 yaşlı Rafiq Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Mərhumun anası Gülsəba Bayramova bildirib ki, oğlu hadisədən qısa müddət əvvəl onunla danışıb və evə ərzaq alıb göndərib. Daha sonra baş verən hadisədən xəbər tutduğunu deyib.
Faktla bağlı araşdırma aparılır.





