
Neftçala rayonunda quldurluq hadisəsi baş verib. Ev sahibini hədələyərək 11 min manat pulunu ələ keçirməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
QanunTV.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Q. Talıbov və N. Muxtarov tutulublar.
Araşdırmalar zamanı müəyyən edilib ki, şübhəli şəxslər cinayəti əvvəlcədən planlaşdırıblar. Onlar ev sahibini hədələyərək 11 min manat pulunu ələ keçirib, daha sonra həmin məbləği öz aralarında bölüblər.
Faktla bağlı araşdırma aparılır.





