
Azərbaycanda daha bir vəkil barəsində həbs qətimkan tədbiri seçilib.
QanunTV.az xəbər verir ki, 9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil Elçin Əmirov polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, o, vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Vəkilə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar törədildikdə dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.
Məhkəmənin qərarı ilə Elçin Əmirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
Qeyd edək ki, bundan iki gün əvvəl vəkil Raman Abışov da həbs edilib. O, hədə-qorxu ilə tələb etmədə ittiham olunur.
Hadisələrlə bağlı araşdırmalar davam edir.





