
Bakıda metroda ölüm hadisəsi baş verib.
QanunTV.az xəbər verir ki, hadisə Bakı Metropoliteninin "Həzi Aslanov" stansiyasında qeydə alınıb.
Məlumata görə, Salyan rayon sakini, 1958-ci il təvəllüdlü Əhədağa Firudin oğlu Nəzərov qatarda olarkən ürək çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.
Allah rəhmət eləsin!





