
Sumqayıt şəhərində bədbəxt hadisə ölümlə nəticələnib.
QanunTV.az xəbər verir ki, şəhər sakini Elvin Qurbanov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
İlkin məlumata görə, hadisə zamanı mərhum pilləkəndən düşərkən müvazinətini itirərək yıxılıb. Yıxılma nəticəsində baş nahiyəsindən ağır xəsarət alan Elvin Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. Hadisənin digər təfərrüatları hələlik məlum deyil.





