
Lerik rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə bu gün səhər saat 07:00 radələrində rayonun Livədirqə kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini, 1967-ci il təvəllüdlü Vaqif Ayazəli oğlu Quliyev yaşadığı evin eyvanından yıxılıb. İlkin ehtimala əsasən, onun başgicəllənməsi nəticəsində müvazinətini itirdiyi bildirilir.
Hadisə nəticəsində ağır xəsarətlər alan 59 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.





