
Dövlət Gömrük Komitəsində (DGK) yeni kadr təyinatı həyata keçirilib.
Məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, gömrük xidməti polkovnik-leytenantı Faiq Eldar oğlu Orucov Dövlət Gömrük Komitəsinin Daxilolmalara Nəzarət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsində həyata keçirilən kadr dəyişiklikləri qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsi və idarəetmənin səmərəliliyinin artırılması məqsədi daşıyır.





