
Azərbaycanda 2026-cı ilin yanvar-avqust aylarında nikah və boşanmaların sayında azalma qeydə alınıb.
QanunTV.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin ilk səkkiz ayında ölkədə 26 485 nikah və 13 278 boşanma rəsmiləşdirilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə hər 1 000 nəfərə düşən nikahların sayı 4,6-dan 3,9-a enib. Eyni zamanda, hər 1 000 nəfərə düşən boşanmaların sayı da 2-dən 1,9-a qədər azalıb.
Statistik göstəricilər cari ilin ilk səkkiz ayında ölkədə həm nikahların, həm də boşanmaların sayında azalma olduğunu göstərir.





