
Şirvanda hündürlükdən yıxılaraq ağır kəllə-beyin travması alan bir yaşlı uşaq xəstəxanada həyatını itirib.
QanunTV.az xəbər verir ki, 2025-ci il təvəllüdlü körpə bir gün əvvəl taxtdan yıxılaraq ağır xəsarət alıb.
Kəllə sümüyünün deformasiyası diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilən azyaşlının vəziyyəti ağır olduğundan o, daha sonra Bakıda yerləşən Neyrocərrahiyyə Mərkəzinə köçürülüb.
Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.





