
Goranboy rayonunda baş verən bədbəxt hadisə 35 yaşlı qadının ölümü ilə nəticələnib.
Qanuntv.az xəbər verir ki, hadisə oktyabrın 26-da rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L. Ağayevanın üzərinə elektrik dirəyi aşıb.
Məlumatlara görə, hadisə evin həyətində elektrik xəttində yaranan nasazlığın aradan qaldırılması zamanı baş verib. Yayılan məlumatlarda dirəyin aşmasına dair fərqli təfərrüatlar yer alıb. Bildirilir ki, elektrik xəttinin naqillərindən biri qırıldıqdan sonra nasazlığın aradan qaldırılması üçün usta çağırılıb. Təmir zamanı elektrik dirəyi qəfil aşaraq qadının üzərinə düşüb.
Ağır xəsarət alan qadın Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Mətbuatda yayılan məlumatlara əsasən, hadisə zamanı elektrik dirəyinin köhnə və çürümüş vəziyyətdə olduğu da bildirilib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri və baş vermə şəraiti araşdırmanın nəticəsində müəyyənləşdiriləcək.





