
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni təfərrüatlar məlum olub.
Qanuntv.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə zamanı qətli törətməkdə şübhəli bilinən şəxslərin “Sabunçu Emin” ləqəbi ilə tanınan Emin Rəhimov və MMA döyüş növü üzrə idmançı Elmar Cəfərov olduğu bildirilir.
Hadisə yerindən qaçaraq gizlənən həmin şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.
Məlumata görə, hadisə zamanı öldürülən Ceyhun ətrafında “Ceyhun Sabunçu” adı ilə tanınıb.
Hadisənin baş verdiyi ərazidə tərəflər arasında barışıq məqsədilə görüşün təşkili ilə bağlı da yeni məlumat yayılıb. Bildirilir ki, görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edib.
Deputatın oğlu da daxil olmaqla, hadisə ilə əlaqədar 9 nəfər müxtəlif əməllərə görə saxlanılıb. Emin Rəhimov və Elmar Cəfərov isə qəsdən adam öldürməkdə şübhəli bilinərək tutulublar.
Hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi bildirilir.





