
Şuşa-Laçın avtomobil yolunda aparılan qazıntı işləri zamanı iki nəfərin həyatını itirməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
QanunTV.az xəbər verir ki, hadisə avqustun 30-da Şuşa-Laçın avtomobil yolunun tikintisi ilə bağlı işlər aparılan ərazidə baş verib.
Məlumata görə, yolun inşasında çalışan şirkətin əməkdaşları – topoqraf Kənan Hacıyev və onun köməkçisi Polad Məmmədzadə qazıntı işləri zamanı baş verən bədbəxt hadisə nəticəsində həyatlarını itiriblər.
Yeni məlumata əsasən, Kənan Hacıyev ailəli olub və iki övladı varmış. Onun köməkçisi Polad Məmmədzadə isə subay olub.
Hadisə ilə bağlı Şuşa Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hazırda bədbəxt hadisənin başvermə səbəbləri və digər hallar araşdırılır.
Həlak olan şəxslərin fotolarını təqdim edirik.






