
Türkiyəli futbolçu Arda Güler İspaniyanın “Real Madrid” klubu ilə müqaviləsini daha 5 il müddətinə uzadıb.
Qanuntv.az xəbər verir ki, 2023-cü ildən Madrid təmsilçisinin formasını geyinən yarımmüdafiəçi cari mövsümdə meydana çıxdığı 11 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Arda Güler Türkiyə futbolunun perspektivli oyunçularından biri hesab olunur və “Real Madrid”in heyətində çıxışını davam etdirəcək.





