
Azərbaycanlı ağırlıqqaldıran Fazilə İmanova antidopinq qaydalarını pozduğu üçün üç il müddətinə diskvalifikasiya edilib.
Məlumata görə, idmançıdan götürülmüş nümunənin analizləri zamanı Ümumdünya Antidopinq Agentliyinin qadağan olunmuş maddələr siyahısına daxil olan preparat aşkar edilib.
Fazilə İmanovanın nümunəsində S1.1 kateqoriyasına aid anabolik androgenik steroidlər (AAS) qrupundan metribolone maddəsi müəyyənləşdirilib.
Antidopinq qaydalarının pozulması ilə əlaqədar idmançıya üç il müddətinə sanksiya tətbiq olunub.
Sanksiya 15 may 2026-cı il tarixindən qüvvəyə minib və 15 may 2029-cu ildə başa çatacaq.
Beləliklə, Fazilə İmanova həmin müddət ərzində rəsmi yarışlarda iştirak edə bilməyəcək.





