
Azərbaycan mədəniyyətinə uzun illər xidmət etmiş Əməkdar artist Züleyxa Hacıyeva 103 yaşında dünyasını dəyişib.
Bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov məlumat verib.
Züleyxa Hacıyeva Azərbaycan televiziya məkanının tanınmış simalarından biri olub. O, uzun illər Azərbaycan televiziyasında diktor kimi fəaliyyət göstərib və özünəməxsus səsi, peşəkarlığı və təqdimat üslubu ilə tamaşaçıların yaddaşında iz qoyub.
Sənətkar 1979-cu ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adına layiq görülüb.
Züleyxa Hacıyeva yalnız televiziya fəaliyyəti ilə deyil, həm də Sovet dövründə idman ustası kimi tanınıb. Onun çoxşaxəli fəaliyyəti Azərbaycan mədəniyyəti və televiziya tarixində xüsusi yer tutur.
Qanuntv.az olaraq mərhum sənətkarın ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.





