
“Şərq qapısı” qəzetinin texniki yaradıcılıq bölməsinin müdiri, Əməkdar jurnalist Məhəbbət Mirzəyeva dünyasını dəyişib.
Məhəbbət Mirzəyeva uzun sürən xəstəlikdən sonra vəfat edib.
O, uzun müddət “Şərq qapısı” qəzetində çalışaraq mətbuat sahəsində fəaliyyət göstərib və qəzetin texniki yaradıcılıq bölməsinə rəhbərlik edib.
Mərhum jurnalistin vəfatı ilə bağlı yaxınlarına, doğmalarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!





