
Abşeron rayonunun Masazır qəsəbəsində baş verən yanğın nəticəsində bir neçə avtomobilə ciddi ziyan dəyib.
Hadisə zamanı “Mercedes”, “Lada” və “Hyundai” markalı avtomobillərin yanar hissələri yanıb. “Renault” markalı avtomobil isə qismən alovun təsirinə məruz qalıb. Yüksək temperaturun təsirindən BAIC markalı avtomobilin arxa işığı da qismən əriyib.
Yanğın nəticəsində ümumilikdə beş avtomobilin zərər gördüyü bildirilir. Hadisənin başvermə səbəbi ilə bağlı əlavə məlumat verilməyib.





