
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanları ardıcıl üç günlük istirahət gözləyir.
Qanuntv.az xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü münasibətilə qeyri-iş günləridir. Təqvimə əsasən, noyabrın 8, 9 və 10-u ardıcıl istirahət günləri olacaq.
Ümumilikdə, noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar 11 gün, altıgünlük iş həftəsi ilə çalışanlar isə 7 gün istirahət edəcəklər.
Beləliklə, qarşıdan gələn ayda rəsmi bayram günləri və həftəsonları ilə əlaqədar çalışanlar üçün əlavə istirahət imkanları yaranacaq.





