
Saatlı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Hadisə rayon mərkəzində qeydə alınıb. İlkin məlumata görə, “Mercedes” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yoldan kənara yuvarlanıb.
Qəza zamanı avtomobildə olan 5 yaşlı uşaq aldığı xəsarətlər nəticəsində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və qəzanın digər detalları araşdırmadan sonra müəyyənləşdiriləcək.





