
Qazax rayonunun Yuxarı Salahlı kəndində məktəblinin həmkəndlisini bıçaqladığı bildirilir.
Məlumata görə, hadisə toy mərasimində baş verib. 11-ci sinif şagirdi Sabir Vəliyevlə 20 yaşlı Hümbət Omarov arasında mübahisə yaranıb.
Daha sonra tərəflər toy məclisindən ayrılıb. İddialara görə, yeniyetmə həmkəndlisini kənd ərazisindən keçən kanalın yaxınlığında bıçaqlayıb.
Xəsarət alan şəxsin qohumu Bilal Omarov hadisənin toyda başlayan mübahisədən sonra baş verdiyini bildirib.
Digər qohum Sarı Omarov isə hadisədən əvvəl tərəflərin toyda spirtli içki qəbul etdiyini deyib.
Məlumata görə, Hümbət Omarov bir neçə ay əvvəl hərbi xidmətdən tərxis olunub.
Faktla bağlı araşdırma aparılır.





