
Sabirabad rayonunda evlənmək məqsədilə qaçırıldığı bildirilən 15 yaşlı qız və 17 yaşlı oğlan polis əməkdaşları tərəfindən tapılıb.
Məlumata görə, sosial şəbəkədə tanış olan yeniyetmələr birlikdə ailə qurmaq qərarına gəliblər. Oğlan qızı özü ilə apararaq kənd ərazisindəki boş evə getmək istəyib. Lakin evin qapısının bağlı olduğunu gördükdən sonra onlar həyətdə yerləşən köhnə ot tayasında gizləniblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları yeniyetmələrin olduğu yeri müəyyən edərək onları aşkarlayıblar. Daha sonra profilaktik söhbət aparılaraq hər iki yeniyetmə ailələrinə təhvil verilib.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Qanun TV.az





