
Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir tanınmış hakimi Eldar İsmayılov hakimlik fəaliyyətini başa vurur.
QanunTV.az xəbər verir ki, hakimin 19 noyabr 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində sonuncu iş günü olacaq.
Qeyd edək ki, Eldar İsmayılov 2010-cu il oktyabrın 27-dən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim kimi fəaliyyət göstərib.
O, hakimlik fəaliyyəti dövründə ictimai rezonans doğuran bir sıra cinayət işlərinə baxılması proseslərinə sədrlik edib.
Beləliklə, uzun illər məhkəmə sistemində fəaliyyət göstərən Eldar İsmayılovun hakimlik fəaliyyəti başa çatır.





