
Azərbaycanda tələbə vəfat edib.
QanunTV.az xəbər verir ki, dünyasını dəyişən tələbə Mirməcid Əliyevdir.
O, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin birinci kurs tələbəsi olub. Mirməcid Əliyev “Hidromeliorasiya və torpaq mühafizəsi” ixtisası üzrə təhsil alırmış.
Gənc tələbənin vəfatı ilə bağlı təhsil ictimaiyyətində kədər yaşanıb.
QanunTV.az mərhumun ailəsinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.





