
Cəlilabad rayonunda bələdiyyə sədrinin qəfil vəfatı ilə bağlı xəbər yayılıb.
QanunTV.az xəbər verir ki, rayonun Şiləvəngə kənd bələdiyyəsinin sədri Anar Şabıyev dünyasını dəyişib.
Məlumata görə, Anar Şabıyev ürək çatışmazlığı səbəbindən vəfat edib.
Qeyd edək ki, Şiləvəngə bələdiyyəsinin əhatə dairəsinə 11 kənd daxildir.
QanunTV.az olaraq mərhumun ailəsinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.





