• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Ürəkdən gedənlər... - Qəfil ölümlərin səbəbi nədir? [xfvalue_red]

16 Mrt, 23 - 08:07

Ürəkdən gedənlər... - Qəfil ölümlərin səbəbi nədir?

Artıq bir müddətdir ki, ardıcıl olaraq ürəktutmadan qəfil ölüm hadisələrinin şahidi oluruq. Hətta 30, 40, 50 yaşlı şəxslər arasında bu səbəbdən ölümlər adi hal alıb.

Bu ayın əvvəli 48 yaşlı tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin vəfatı cəmiyyətdə böyük narahatlıq yaratmışdı. TƏBİB din xadiminin qəfil ürəktutmadan vəfat etdiyini açıqlamışdı. Elə ötən gün “Space” TV-nin orta yaşlı mühafizə rəisi Nahid İsmayılovun yaşadığı evdə ürəktutmadan öldüyü müəyyən edildi. Ondan bir neçə gün qabaq isə Penitensiar Xidmətin mətbuat katibi, 59 yaşlı Mehman Sadıqov ürəktutmadan vəfat etmişdi. Ümumiyyətlə, ötən həftə ərzində bir neçə belə sarsıdıcı hadisənin şahidi olduq. Babək prospektində sürücü Elçin Qazıbəyovun idarəetməni itirməsi nəticəsində maşını piyadaların üzərinə sürdüyü məlumatı yayılsa da, əslində onun sükan arxasında halının pisləşdiyi məlum oldu. Belə ki, sürücü ürəktutmadan həyatını itirdi. Həmçinin metro və marşrut avtobuslarından istifadə edən sərnişinlər arasında da bu səbəbdən ölüm halları əvvəlki dövrlərlə müqayisədə daha tez-tez təkrarlanır.

Qəfil ürəktutmalardan ölüm hallarının çoxalması sosial şəbəkələrdə də müzakirə edilən mövzulardandır. Belə ehtimallar var ki, bu xəstəlikdən ölüm halları COVID-19 pandemiyasının yayılmasından sonra aktuallaşıb. İddia olunur ki, koronavirusa yoluxan şəxslərdə gizli ürək problemləri başlayır.
Ürəkdən gedənlər... - Qəfil ölümlərin səbəbi nədir?

Ürək-damar cərrahı, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov hesab edir ki, ürək-damar xəstəliklərinə bağlı ölümlər həm ölkəmizdə, həm də dünyada həmişə ilk sırada olub: “Koronavirus xəstəliyinin ağciyər başda olmaqla, qan dövranı sisteminə zərərləri var. Lakin bunların heç biri qalıcı deyil. Bu gün ortalıqda istər ağciyərdə, istərsə də başqa orqanlarda qalıcı yan təsirinin olduğunu sübuta yetirən heç bir tədqiqat yoxdur. İddialar var idi, onlar da zaman içində çürüdü. Dünya statistikasına baxdığımız zaman görmək olar ki, istər ölkəmiz üçün, istərsə də dünyada ürək-damar sistemi xəstəliklərinə bağlı ölüm və infarktlar həmişə bir nömrəli xəstəlik olub və bu gün də davam edir. Gözləmədiyimiz, gənc insanlar həyatını itirdiyi zaman biz COVID xəstəliyi və ya digər baiskar axtarırıq. Halbuki günahkar ürək-damar xəstəliklərinin özüdür, onu yaradan risk faktorlarıdır, həyat tərzimizdir, vaxtında doğru müayinələrdən keçməmək və s. məsələlərdir”.

R. Mahmudovun sözlərinə görə, bu gün koronar ürək-damar xəstəliyi - yəni ürəyin işemik xəstəliyi və infarkta bağlı ölümlərin koronavirus xəstəliyindən sonra getdikcə artması ilə əlaqədar sübuta yetirilmiş, elmi dərc edilmiş elə bir tədqiqat ortalıqda yoxdur: “Var olan tədqiqatlar isə kiçik tədqiqatlardır və sonuna qədər sübuta yetirilməyib”.
Ürəkdən gedənlər... - Qəfil ölümlərin səbəbi nədir?

Problemlə bağlı Səhiyyə Nazirliyinə də müraciət etdik. Nazirliyin mütəxəssis-eksperti, kardioloq Fərid Əliyev sorğumuza cavab olaraq pandemiyadan sonra ürək-damar xəstəliklərində artım olduğunu təsdiqlədi: “Bütün ölkələrdə koronovirus pandemiyasından sonrakı dövrdə ürək-damar xəstəliklərində bir artım olduğunun şahidi oluruq. Onun üçün ürək-damar xəstəliklərinə yol açan klassik risk faktorlarına əlavə bir risk faktoru həyatımıza daxil olub. Bu da COVID-19 infeksiyasına yoluxmuş olmaqdır”.

Məsələ ilə əlaqədar bir neçə gün əvvəl Bakı Baş Səhiyyə Mərkəzinin yaydığı rəqəmlər də diqqətçəkəndir. Belə ki, Mərkəz ölümlə nəticələnən xəstəliklər içərisində ürək və qan-damar xəstəliklərinin üstünlük təşkil etdiyini açıqlayıb. Qurumun yayımladığı hesabata görə, təkcə yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri səbəbindən baş verib. Bu isə ümumi ölüm hadisələrinin 68%-nə bərabərdir.

Mərkəz bu cür həyati risklərdən qorunmaq üçün vətəndaşları ilkin səhiyyə xidmətlərindən vaxtında yararlanmağa, tibbi müayinələrdən keçməyə çağırıb: “Statistikaya görə, dünyada və o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Bunun başlıca səbəblərindən biri insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir".

Mərkəzin açıqlamasında bildirilir ki, ilkin səhiyyə xidməti müəssisələri ürək xəstəliklərinə erkən diaqnozun qoyulmasında və erkən müalicəyə başlanılmasında böyük rola malikdir. Ürək nahiyəsində küt ağrılar, sinədə göynəmə, təngnəfəslik, tez yorulma halları müşahidə edilərsə, dərhal ailə (sahə) həkimlərinə müraciət edilməlidir. Ürəyin işemik xəstəliklərində irsi, yaş faktorlarının da rolu var. Xüsusilə yaxın ailə üzvlərini bu xəstəliklər səbəbindən itirən insanların tibbi müayinələrə daha həssas yanaşmaları, ailə həkimləri ilə sıx əlaqə yaratmaları önəmlidir. O cümlədən, piylənmədən əziyyət çəkənlər, şəkərli diabet xəstələri, zərərli vərdişləri olan şəxslər,

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Hacı Şahinin ölümü prokurorluqda araşdırılır - Rəsmi
backend
Hacı Şahinin ölüm səbəbi məlum oldu
backend
Hacı Şahin qəfil VƏFAT ETDİ
backend
7 yaşlı məktəbli qız boğaz əməliyyatında öldü
backend
17 yaşlı oğlan çayxanada qəfil öldü - Foto
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
İntim videoları yayılan FHN polkovnikinin istintaqı yekunlaşdı: İki qadın zərərçəkmiş qismində tanındı
2 Ara, 22 - 22:041 554

XƏBƏR LENTİ

İsrailin XİN Başçısı Gideon Saar Azərbaycana Rəsmi Səfərə Başladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:4625 Ock
Minneapolisdə etirazlar: Nümayişçilər federal miqrasiya agentlərinin çıxarılmasını tələb edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2725 Ock
Türkiyə Prezidenti Ərdoğan Aydında maraqlı jestlə gündəmə gəldi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2525 Ock
Hindistanda müalicəsi olmayan ölümcül virus yayılmağa başlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0825 Ock
ABŞ Venesuelada Maduraya qarşı əməliyyatda “Discombobulator” adlı gizli silahdan istifadə edib – İDDİA [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0125 Ock
Hikmət Hacıyev və Vəhid Cəlalzadə arasında rəsmi görüş baş tutub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
02:1725 Ock
Daşaltı əməliyyatından 34 il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:5925 Ock
Salyan sakini dəm qazından boğularaq vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:5425 Ock
Nyu-Yorkda çoxmərtəbəli binada güclü yanğın: ölən və yaralananlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:0725 Ock
❗️ABŞ Prezidenti Donald Tramp Kanadanı Çinlə əməkdaşlığa görə 100 % tariflərlə hədələyir. Bu barədə Ağ Ev rəhbəri "Truth Social" hesabında yazıb. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:3824 Ock
Lənkəranda avtobusun altında qalan kişi xilas edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:2324 Ock
Dünyanın ən çox maaş alan qadın futbolçusu rekorda imza atdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:0624 Ock
Rusiya “Şahed” PUA-ları ilə Xarkovu vurdu: 19 yaralı var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:4324 Ock
Donald Tramp Azərbaycan və Ermənistan liderlərinə sülhə əməl etdiklərinə görə təşəkkür edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
06:3224 Ock
Türkiyənin Balıkesir bölgəsində 5,1 maqnitudalı zəlzələ – İstanbul və İzmir də hiss etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:4724 Ock
Zelenski: ABŞ-dan “Patriot” raketləri aldıq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:3424 Ock
Tovuzda küçədə yaşayan ana və uşağı xəstəxanaya yerləşdirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:1524 Ock
Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin Əbu-Dabidə danışıqları başa çatdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:0724 Ock
Rusiya, ABŞ və Ukrayna Əbu-Dabidə üçtərəfli təhlükəsizlik görüşü keçirir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
00:5524 Ock
"Qarabağ" Danimarkadan futbolçu transfer edə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:1123 Ock
İranda etirazlarda ölənlərin sayı açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:0823 Ock
Bakıda dəhşətli yanğın – iki nəfər yanaraq ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:2123 Ock
Cənubi Çin dənizində gəmi batdı: Ölənlər və itkin düşənlər var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:4523 Ock
Gürcüstandan Azərbaycana ekstradisiya edilən şəxslər DGK-dakı cinayət işi üzrə axtarışda olublar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:3923 Ock
Qrenlandiya ilə bağlı yeni saziş Rusiya və Çin layihələrinə qadağanı nəzərdə tutur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2023 Ock
Ukrayna PUA-ları Rusiyanın Penza şəhərində neft bazasını vurub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1923 Ock
Moskvada Putin-Uitkoff görüşü başlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
05:1223 Ock
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın doğum günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
04:4823 Ock
Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
04:3023 Ock
Azərbaycanda orta məktəb dərslikləri rəqəmsallaşdırıla bilər – Ekspert açıqladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:2222 Ock
Davosda gizli qalan detallar: Tramp və Zelenski nələri müzakirə etdilər? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:1522 Ock
Tədqiqatçı: Xəzərdə suyun səviyyəsi 48 il əvvəlki rekordunu yeniləyir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:5322 Ock
Deputat: “Bakı və Abşeronda içməli su və kanalizasiya ilə bağlı vəziyyət həyəcanvericidir” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:4222 Ock
Prezident İlham Əliyev Davosda Azərbaycanın Sülh Şurasına qoşulması sənədini imzalayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5522 Ock
Bakıda gənc oğlan infarktdan ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2622 Ock
Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov NATO Baş katibinin müavini ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0622 Ock
Bəhlul Mustafazadə Çempionlar Liqasında tarix yazdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
03:2322 Ock
NATO-nun baş katibinin müavini Radmila Şekerinska Azərbaycana səfər edib. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
02:5822 Ock
Prezident İlham Əliyev "Qarabağ"ın Çempionlar Liqasındakı qələbəsini təbrik etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
02:4522 Ock
Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunda panel iclasda iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
22:1721 Ock
DİN-də Daxili Qoşunların 2025-ci il fəaliyyətinə dair əməliyyat müşavirəsi keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:4621 Ock
Qazaxıstan 16 yaşdan aşağı uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq istəyir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4221 Ock
2025-ci ildə Bakıda 14 mindən çox cinayət qeydə alınıb – hadisələrin 93,4 faizi açılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:5721 Ock
Tramp Davos Forumunda: ABŞ inkişaf edəndə dünya da inkişaf edir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4721 Ock
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə