
ABŞ Prezidenti Donald Tramp Davos İqtisadi Forumu çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşdən sonra açıqlama verib.
QanunTV.az xəbər verir ki, Tramp görüş zamanı Ukrayna münaqişəsinin həlli məsələsinin əsas müzakirə mövzusu olduğunu bildirib. Onun sözlərinə görə, prosesdə maraqlı olan bütün tərəflər müharibənin sona çatmasında maraqlıdır.
ABŞ Prezidenti Zelenski ilə təmasının çox müsbət keçdiyini vurğulayaraq, dialoqun konstruktiv məcrada davam etdiyini qeyd edib. Tramp münaqişənin sülh yolu ilə həlli istiqamətində diplomatik səylərin davam etdiyini və bu istiqamətdə müxtəlif təmasların aparıldığını da diqqətə çatdırıb.
Görüş zamanı müzakirə olunan detallarla bağlı əlavə açıqlama verilməsə də, tərəflərin dialoqa açıq mövqe sərgiləməsi Davosda diqqət çəkən əsas məqamlardan biri olub.





