
Hörmüz boğazında 2 milyon bareldən çox xam neft daşıyan supertanker dəniz minasına düşüb.
Qanuntv.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Açıqlamada bildirilir ki, tanker Hörmüz boğazından İranın icazə vermədiyi marşrutla keçməyə çalışarkən minaya düşüb. Partlayış nəticəsində gəmidə yanğın baş verdiyi qeyd olunur.
İran tərəfi gəminin naviqasiya sistemlərini söndürərək hərəkət etdiyini iddia edib. Bununla belə, tankerin adı, hansı ölkəyə məxsus olduğu və ekipaj üzvlərinin vəziyyəti barədə məlumat açıqlanmayıb.
Hadisə ilə bağlı İran tərəfinin açıqlamasından kənar müstəqil təsdiq barədə məlumat yoxdur.





