• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

İslam dünyasında dəstəklənməyən Tehran - səhvlərini təkrarlayan İran - ANALİZ [xfvalue_red]

8 Ock, 25 - 15:36

İslam dünyasında dəstəklənməyən Tehran - səhvlərini təkrarlayan İran - ANALİZ

 
İrandakı hakimiyyət müsəlman dövlətləri tərəfindən nə dəstəklənir, nə də müdafiə olunur. Çünki o, islam dünyasında daim ayrı-seçkilik edir. Yaxud, özünün siyasi-ideoloji maraqlarını üstün tutur. Bu da nəticədə beynəlxalq miqyasda Tehran hakimiyyətinin tək qalması ilə sonuclanır.

Müstəqilliyini bərpa edəndən İslam Respublikası Azərbaycana qarşı qərəzli mövqedən çıxış edib. Fürsət düşəndə isə ona zərbə endirib.

Tehranın kəmfürsət əməllərinin sayını sadalamaqla bitməz. Suriyada baş verənlərin fonunda İranın anti-Azərbaycan, anti-Türkiyə, təriqətlərarası münasibətləri qızışdırmaqla bağlı bəzi faktları xatırlatmaq yerinə düşər:

- Şuşanın işğalında Tehran hakimiyyətinin rolu;

- Azərbaycan torpaqlarını işğal edən Ermənistana yanacaq, ərzaq və başqa yardımların edilməsi;

- İrana aid şirkətlərin Qarabağda separatçılar və terrorçularla birgə fəaliyyəti;

- 80-dən çox İran şirkətinin separatçılar tərəfindən “qeydiyyat”a alınması;

- işğal altında olan ərazilərdə bütün növ binaların sökülməsində, dağıdılmasında ermənilərlə birgə fəaliyyət göstərməsi;

- nəzarətdən kənar qalan Azərbaycan torpaqlarında separatçılarla birgə narkotik bitkilərin yetişdirilməsi, narkotik maddələrin qanunsuz yolla yayılması;

- Tarixi, dini abidələrin dağıdılmasına göz yumması;

- İrəvanda Göy məscidin və başqa abidələrin “fars mədəni irsi” kimi təqdimatına imkan verməsi;
İslam dünyasında dəstəklənməyən Tehran - səhvlərini təkrarlayan İran - ANALİZ

- Birinci və İkinci Qarabağ müharibəsində erməni terrorçularla İran xüsusi xidmət orqanlarının əməkdaşlığı (ASALA-nın rəhbərlərindən biri olmuş beynəlxalq terrorçu Monte Melkonyanın Azərbaycan torpaqlarının işğalı zaman İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşü);

- 44 günlük müharibə zamanı Ermənistana hərbi texnika və avadanlığın İran ərazisindən ötürülməsi;

- bu müharibə zamanı və ondan sonra Azərbaycana qarşı təbliğat aparılması;

- Azərbaycan cəmiyyətini parçalamaq cəhdləri;

- Ayətullah Seyid Əli Xaməneinin xüsusi nümayəndəsi höccətülislam Seyid Əliəkbər Ocaqnejatın Azərbaycan Respublikasında beşinci kolon yaratmaq istiqamətində fəaliyyəti;

- Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra da erməni separatizmini müdafiə etməsi;

- Zəngəzur yolunun açılmasına süni maneələr yaratması;

- Tehranın Bakıdakı səfirliyinin terror fəaliyyətinin ifşası;
İslam dünyasında dəstəklənməyən Tehran - səhvlərini təkrarlayan İran - ANALİZ

- Azərbaycanın bu qonşu ölkədəki səfirliyinə terror hücumu və cinayətkarların hələ də cəzalanmaması;

- İranın COP-29 beynəlxalq iqlim konfransında hökumət başçısı səviyyəsində təmsil olunmaması (bununla Ermənistan və Fransa kimi davranıb);

- Yaxın Şərqdəki hadisələrlə bağlı Azərbaycan və Türkiyəni yersiz, əsassız ittiham etməsi;

- Ərdəbilin cümə imamı höccətülislam Həsən Amulinin Azərbaycan, Türkiyə əleyhinə təbliğat təşkil etməsi və s.

Seyid Əli Xaməneinin xüsusi nümayəndəsinin təşkil etdiyi tədbir müsəlman dünyasına, onun birliyinə zərb vurmaq cəhdidir. Bir neçə ay öncə İran rəsmiləri müsəlman birliyindən danışır, onları “ittihada” çağırırdı. Ancaq həmin çıxışlardan heç 40 gün keçməmiş təriqətlərarası qarşıdurma yaratmağa çalışıblar. Amuli Tehran hakimiyyətinin tərənnümçüsüdür. Bununla İranın islam birliyinə maneə olduğu da təsdiqlənir.

İslam Respublikası rəhbərliyi Qəzza zolağı, Livan və Suriyadakı uğursuzluqlarını qəbul edə bilmir. Bu cəbhələrdə dostları Çin və Rusiya İrandan imtina edib. Həmin məsələdə heç bir müsəlman dövləti onu müdafiə etmədi, çağırışlarına belə qoşulmadı. Göründüyü kimi, Tehran apardığı hikkəli siyasəti ilə təklənib. Belə bir şəraitdə isə pozuculuq fəaliyyəti ilə məşğul olmağa üstünlük verib. Amuli də bu işdə əsas rollardan birini oynayıb.
İslam dünyasında dəstəklənməyən Tehran - səhvlərini təkrarlayan İran - ANALİZ

Tehran hakimiyyəti vədinə də xilaf çıxıb. O, Azərbaycana verdiyi sözə bir ildən artıqdır əməl etmir.

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumunu törədənin hələ də cəzalanmadığını vurğulayaraq deyib:

“İranın mərhum xarici işlər naziri, vertolyot qəzasında həlak olmuş cənab Abdullahian gəlib mənə söz vermişdi ki, o adam edam hökmünə cəlb ediləcək”.

Ancaq indiyədək İslam Respublikası bu vədinə əmələ etməyib.

Amuli qurduğu anti-Azərbaycan, anti-Türkiyə, anti-islam məclisində özünün və təmsil etdiyi hakimiyyətin də əxlaqını, tərbiyəsini nümayiş etdirib. Dövlət başçısı onlara cavab olaraq deyib: “Bu, eyni zamanda, mətbuatda həmin o təhqir kampaniyası ilə müşayiət olunurdu. Çünki bu, görünür, bəzi hakim dairələrin belə iş üslubudur. Əslində, təhqir gücsüzlüyün rəmzidir. Sən əgər nəyəsə çata bilmirsənsə, - yəni, mən ədəbsiz olan insanları nəzərdə tuturam, - təhqirə keçirlər. Yəni, təhqir edən, əslində, özünü təhqir edir".
İslam dünyasında dəstəklənməyən Tehran - səhvlərini təkrarlayan İran - ANALİZ

Amuli əvvəllər də Azərbaycana qarşı çıxışlar edib. O iddia edirdi ki, Azərbaycan torpaqlarını heç vaxt işğaldan azad edə bilməyəcək. Ancaq Azərbaycan Qarabağı və ətraf bölgələri işğaldan təmizlədikdən sonra o, iddia etdi ki, guya Qarabağın işğaldan azad edilməsi ilə bağlı Xamənei fətva verib. Yeri gəlmişkən, bu yalanın yayılmasına o vaxt Azərbaycandakı bəzi din xadimləri də başçılıq edirdi.

O, İmam Hüseyninin (Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Əlinin ikinci oğlu) şəhid olmasının rəmzi 40 mərasimindəki çıxışında tarixi hadisələri təhrif edərək Azərbaycan və Türkiyə arasında ixtilaf salmağa səy göstərib. O, guya “Şah İsmayılın Anadolu müftiləri tərəfindən təhqir edildiyini” iddia etməklə təmsil etdiyi rejimin islam dinində bölücü olduğunu növbəti dəfə göstərmişdi.

İran rəhbərliyi Suriyadakı müvəqqəti hakimiyyəti qəbul edə bilmir. Yeni qüvvələrə qarşı yeni “müqavimət hərəkatının” başladığını iddia edir. Dəməşqin hazırkı baş təmsilçisi Əhməd əş-Şəra Tehrandakı rejim barədə bunları deyib: “İranın təsiri altında olan bütün ölkələr məzhəb gərginliyi və vətəndaş müharibəsi yaşayır”.

O, "Əl-Ərəbiyyə"yə müsahibəsində vurğulayıb ki, İraq, Livan və Suriya da daxil olmaqla İranın nüfuz sahibi olduğu hər ölkədə “çox geniş miqyasda məzhəblərarası gərginlik baş verir. Bu isə vətəndaş müharibəsinə gətirib çıxarır".
İslam dünyasında dəstəklənməyən Tehran - səhvlərini təkrarlayan İran - ANALİZ

Əhməd əş-Şəra İran hakimiyyətini narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda da ittiham edib: “İran İslam Respublikasının təsiri altında olan ölkələr “captagon” kimi narkotik maddələr istehsal edərək bütün regiona və dünyaya yayır”.

İran hakimiyyəti islam dünyası üçün xoşagəlməz örnəyə çevrilib. O, günahların etirafını, bağışlanmasını, tövbəni təbliğ etsə də, Azərbaycan əleyhinə fəaliyyətinə, çıxışlarına görə bir dəfə də olsun üzr istəməyib. Üzr istəmək yanlışlıqları aradan qaldırmaq üçün tərbiyəli əməldir.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana gəlib. Bunu Tehran hakimiyyətinin etiraf səfəri kimi də dəyərləndirmək olar. Hələ ki vəziyyət dəyişməyib.(Report)

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Rəsmi Bakıdan İrana səfər edənlərə bağlı XƏBƏRDARLIQ
backend
“Xameneiçilik və donuz əhvalatı...” - İranın şər düsturu
backend
İsraildə Azərbaycanla bağlı “gizli” bölmə: Bakının İrana qarşı strateji fürsətləri - TƏHLİL
backend
Tehranın Əliyevə qarşı qısqanclığı – TƏHLİL
backend
Kamran Əliyev İrana səfərə gedib
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 057

XƏBƏR LENTİ

Leyla Əliyeva Budapeştdə Azərbaycan xalçalarına həsr olunmuş sərginin açılışında iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1718 Tem
Somali sahillərində tanker dəniz quldurlarının hücumuna məruz qalıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1018 Tem
ABŞ ordusu İrana qarşı yeddinci gecə zərbələrini başa çatdırdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5718 Tem
Bakıda ağac budaqları avtomobillərin üzərinə düşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4918 Tem
Beynəlxalq Muğam Mərkəzinin quruluşçu rejissoru vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4218 Tem
DİM II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrini açıqladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2218 Tem
Prezident İlham Əliyev Braziliyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4417 Tem
Arifə Bayramova – Təhsilin inkişafına xidmət edən idarəçi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0717 Tem
Qazaxıstanlı futbolçu "Barselona" ilə müqavilə bağladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0417 Tem
Tərtərdə ağır qəza: İki nəfər həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4917 Tem
Avropada bunker və sığınacaq hazırlıqları: "Qoca qitə" yeni təhlükəsizlik mərhələsinə keçir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3817 Tem
Kəlbəcərdə çayda batan yeniyetmənin meyiti tapıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3517 Tem
Tovuz döyüşlərinin qəhrəmanlarına həsr edilən tədbir keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2117 Tem
Yeni Suraxanının inkişafına xidmət edən rəhbər – Həqiqət Məmmədova [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1817 Tem
Salyan Peşə Liseyinin inkişafında mühüm rol oynayan direktor [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4517 Tem
198 saylı körpələr evi-uşaq bağçasının müdiri Vəsilə Bayramovanın fəaliyyəti yüksək qiymətləndirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3717 Tem
42 saylı körpələr evi-uşaq bağçası ilə bağlı valideynlərin ciddi narazılığı: “Uşaqların gələcəyi təhlükə altındadır” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:0916 Tem
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2816 Tem
"FLYONE" Kişineu-Bakı istiqamətində birbaşa uçuşlara başlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2516 Tem
Əli Əsədov Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3116 Tem
Argentina futbolçuları Pickfordun su qabındakı gizli qeydləri aşkar etdilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2716 Tem
Fələstinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0716 Tem
Prezident İlham Əliyev Fələstinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0016 Tem
Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0116 Tem
Məktəbəqədər təhsilin inkişafına töhfə verən rəhbər – Svetlana Əliyeva [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3516 Tem
Fədakar fəaliyyəti ilə valideynlərin rəğbətini qazanan Svetlana Həmzəyeva [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3016 Tem
Dövlətə və xalqa xidmət nümunəsi – Bəxtiyar Səfərovun fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1416 Tem
Məktəbəqədər təhsildə peşəkarlıq və fədakarlıq nümunəsi – Məhbubə Sadıqova [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3415 Tem
Məktəbəqədər təhsilin inkişafına töhfə verən nümunəvi rəhbər – Jalə Ağamirova [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3015 Tem
Gələcəyin təməlini quran fədakar rəhbər – Tovuz Qovlar şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Aynurə Məmmədova [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2215 Tem
Körpələrin sevgi ilə əhatə olunduğu ünvan – Tovuz Lalə şəhər körpələr evi-uşaq bağçasının müdiri Ceyran Aslanovanın nümunəvi fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0415 Tem
Tovuz rayon 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Vüsalə Abbasovanın təqdirəlayiq fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4715 Tem
Bərdə rayon Qarağacı kənd körpələr evi-uşaq bağçasının müdiri Bəsti Talıbovanın fəaliyyəti təqdir olunur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4515 Tem
Fidanların sevimlisi, qayğıkeş rəhbər – Sumqayıt 41 saylı körpələr evi-uşaq bağçasının müdiri Rafət Şükürova [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4015 Tem
Dünya çempionatında ikinci finalçının adına bu gecə aydınlıq gələcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2915 Tem
Hərbi təhsil almaq istəyənlər üçün "Açıq qapı" günü keçiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2615 Tem
"Arzum 9999"la bağlı məhkəmə işinin yeni detalları üzə çıxıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2315 Tem
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı gənc həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2015 Tem
Xankəndidə Prezident İlham Əliyevin adından Slovakiya Prezidenti Peter Pelleqrininin şərəfinə rəsmi nahar verilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1615 Tem
Zirə çimərliyində dəniz suyunun rənginin dəyişməsi sakinlərdə narahatlıq yaradıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0915 Tem
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yeni müəssisələr yaradılacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0515 Tem
Ağdərədə ağır yol qəzası: İki nəfər həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0315 Tem
İlham Əliyev və Peter Pelleqrini Şuşada mətbuata bəyanatlarla çıxış ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5814 Tem
Bu gün Milli Qəhrəman İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5014 Tem
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə