
Ukrayna Silahlı Qüvvələri Liviyanın sahilləri yaxınlığında Rusiyaya məxsus “Merkuri” korvetini batırıb.
Ukrayna Prezidenti Volodimir Zelenski əməliyyatın görüntülərini yayımlayaraq bildirib ki, hücum zamanı Ukrayna istehsalı olan yeddi dəniz dronundan istifadə edilib.
Məlumata görə, əməliyyat çərçivəsində silah daşınmasında istifadə olunduğu bildirilən Rusiyanın “MV ANGARA” yük gəmisi də vurulub.
Zelenski əməliyyatın təfərrüatları ilə bağlı açıqlama verərək Ukrayna qüvvələrinin dəniz istiqamətində həyata keçirdiyi əməliyyatın görüntülərini ictimaiyyətə təqdim edib.
Məlumatda həmçinin “Merkuri” korvetinin 2023-cü ildə istismara verildiyi və gəmidəki Ka-27 hərbi helikopterinin də məhv edildiyi bildirilir. Hadisə ilə bağlı Rusiyanın rəsmi qurumları ilkin mərhələdə açıqlama verməyib.





