
Qazax rayonunda üç nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
QanunTV.az xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.
Qəza nəticəsində üç nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Həlak olan şəxslərin kimliyi hələlik dəqiqləşdirilməyib.
Faktla bağlı araşdırma aparılır.





